Yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - FOTO

Bakı şəhəri, Yasamal rayonu ərazisində fəaliyyət göstərən çoxnövlü yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.
Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan sıxılmış təbii qaz qurğu kompleksinə aid qaz balonlarının və qurutma qurğusunun tutumlarının növbəti texniki yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı, həmçinin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin sıxılmış təbii qaz qurğu kompleksinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi obyektin cavabdeh şəxsinə təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin cavabdeh şəxsi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntunun aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.


Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












