1 il “Marsda” yaşayacaq 4 nəfər seçildi – İyunda start verilir - FOTO

İyun ayında 4 könüllü Mars simulyatorunda 1 illik həyata başlayacaqlar.
Eksperiment insanların qırmızı planetə necə uyğunlaşacağını anlamaq üçün aparılır.
Eksperimentin təşkilatçısı NASA-dır.
NASA Marsa uçacaq ilk kosmonavtlar üçün 1 il davam edəcək eksperimentlərə iyun ayında start verəcək. Simulyatorun 3D printerdə yaradıldığı və layihəyə 4 nəfərin qoşulduğu bildirilir. Adlar hələlik gizli saxlanılır.
4 nəfər süni Marsda 1 il qapalı məkanda yaşayacaq. Süni Marsda yaşayacaq kosmonavtlar üçün normal məişət şəraiti, özlərinin bitki yetişdirmələri üçün imkanlar yaradılıb.
Onlar heç kimlə əlaqə saxlamayacaq, bəzən avadanlıqları qəsdən sıradan çıxarılacaq və təmir etmək məcburiyyətində qalacaqlar. Həkimlər onların fiziki və psixi sağlamlığının bu müddət ərzində hansı formada inkişaf edəcəyinə nəzarət edəcəklər.
Eksperiment zamanı 1 ilin 9 ayı Marsa uçuş müddəti, 3 ay planetdə yaşam müddəti hesab olunacaq. (lent.az)

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












