10 dəfə həbs olunan kişi oğurladığı maşınla əşyaları üçün polisə gəldi

31 gün ərzində 10 dəfə həbs edilən ABŞ-ın Kaliforniya ştatının sakini əşyalarını götürmək üçün oğurladığı avtomobillə polis idarəsinə gedib.
Fresno şəhərindən olan 38 yaşlı Kit Çasteyn fevralın 19-dan bəri ümumilikdə 33 qanun pozuntusunda ittiham olunub. Onun hesabında altı avtomobilin oğurlanması, sərxoş vəziyyətdə sürücülük, narkotik, vandalizm və fırıldaqçılıq var. kişi bir ay ərzində on dəfə həbs edilib.
Əşyalarını götürmək üçün oğurlanmış avtomobillə polis bölməsinə gələn amerikalı yenidən həbs olundu. Polis maşını Klovis şəhərində vağzal binasının düz qarşısında saxlayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Çasteyn oğurlanmış avtomobilin yeganə sərnişini olub və şəxsi əşyaları götürmək polis şöbəsinə gedirmiş. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












