100 il əvvəl Bakını işıqlandıran alman mühərrikləri - FOTO

Əslində belə bir tapıntı gözləmirdim. Həmişəki kimi boş vaxt tapıb əntiq əşya satan mağazada qurdalanırdım və rastıma köhnə bir arayış keçdi. Başlığa baxıb şəklini çəksəm də, təfərrüata varmadım. Evdə təhlil edəndə isə çox qiymətli fakta rast gəldiyimi gördüm.
Bakı Elektrik Cəmiyyətinin 24 iyun 1914-cü ildə verdiyi 3682 saylı arayışda İlya Yeqortsev 1911-ci ilin avqustundan 1914-cü ilin iyununadək elektrik stansiyasında “Otto Deutz” şirkətinin istehsal etdiyi qaz mühərriklərinin maşinisti işləmiş, işlədiyi dövrdə vəzifəsinə vicdanla yanaşmışdı. Öz xahişi ilə işdən azad olunur.
Bəli, o zaman neft bumuna görə Bakıda böyük həcmdə elektrik tələb olunurdu. Bunun üçün də Avropadan generatorlar gətirilirdi. Bakıya sovet hakimiyyətindən əvvəl gətirilmiş qurğuların bir qismi hazırda Azərişıq ASC-nin muzeyində sərgilənir.
Qeyd edək ki, 1872-ci ildə alman mühədislər Nikolaus Otto və Qotlieb Daymlerin 1872-ci ildə Kölndə qurduğu Deutz AG daxili yanma mühərrikləri sayəsində pioner hesab edilir. Qrup bu gün də fəaliyyət göstərir.
Bu da Azərbaycan-Almaniya əlaqələri tarixindən bir səhifə.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













