100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb - FOTO

Everest dağı haqqında sənədli film üzərində çalışan çəkiliş qrupu Ronqbuk mərkəzi buzlağında bir əsr əvvəl dünyanın ən yüksək zirvəsinə ekspedisiya zamanı yoxa çıxan britaniyalı alpinist Endryu Sendi İrvinin geyim əşyalarını aşkar edib.
Avtosfer.az “National Geographic” telekanalının saytına istinadla xəbər verir ki, alpinistin ayaqqabısı, əlcəkləri, habelə üzərində ad və soyadının baş hərfləri – “A.C” yazılmış corabı tapılıb. Bu əşyalar alpinist yoldaşı Corc Mallori ilə birlikdə itkin düşən İrvinin Everest zirvəsinin ətəyindəki Ronqbuk buzlağında olduğunu göstərir. Onun ortağının – Mallorinin cəsədinin qalıqları 1999-cu ildə həmin ərazidə aşkar edilib. Lakin İrvinin taleyi indiyədək naməlum olaraq qalır.
Bu tapıntı alpinizm tarixinin ən böyük sirrlərindən birinə işıq sala bilər: İrvin və Mallori Everestin zirvəsinə çata bilmələri də tədqiqatçılar üçün maraqlı faktdır. Onlar ümid edirlər ki, tapılan qalıqların sonrakı tədqiqi İrvin və Mallorinin ekspedisiyasının son günlərinin sirrini açmağa və bəlkə də dünyanın ən yüksək dağının fəth tarixini yenidən yazmağa kömək edəcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















