Saatda 1200 km sürətlə gedən "Hyperloop" nəqliyyatı nə vaxt işə düşəcək? - AÇIQLANDI - FOTO

Gələcəyin nəqliyyat növünün ilk testlərinə start verilib.
"Hyperloop" vakuum tuneli Las Veqasdan şimalda yerləşdirilib və yaxın bir neçə il ərzində insanların yüksək sürətlə daşınmalarını təmin etməklə səyahət sahəsində inqilab yaradacaq.
"Virgin Hyperloop"un vakuum tuneli "Virgin Group" şirkəti tərəfindən inşa edilib. Şirkət metal materialdan hazırlanmış geniş boru daxilində saatda 1200 km sürətlə hərəkət edəcək sərnişin kapsulları texnologiyasını təklif edir. Şirkət mühəndislərinin sözlərinə əsasən, yüksək sürətli səyahət zamanı sərnişinlər təyyarələrin havaya qalxdıqları zaman yaşadıqları yüklənmələri hiss edəcəklər. Lakin Hyperloop daxilində sərnişinləri turbulentlik gözləmir.
Kapsul daxilindəki sakitlikdən isə ətraf səs-küyün boğulması sistemi cavabdeh olacaq. Tunelin daxilində tam vakuum şəraiti yaradılacaq və kapsullar maqnit vasitəsilə tunel daxilində hərəkət edə biləcəklər. Sərnişin kapsullarına gəldikdə, onlar 28 nəfər sərnişin üçün nəzərdə tutulacaqlar. Bundan əlavə olaraq kapsul daxilindəki oturacaqlar uzun / qısa məsafəli səyahətlər və həmçinin yük daşınmaları üçün də təkmilləşdirilə bilərlər.
"Hyperloop"un kommersiya məqsədli istifadəsinə 2027-ci ildə start verilməsi planlaşdırılır. "Virgin Hyperloop" şirkətinin planlarına əsasən, ilk sürətli vakuum tunellər Hindistanda və Səudiyyə Ərəbistanında istifadəyə veriləcək./lent.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
















