113 il öncə Bakı-Tiflis qatarının iş qrafiki – TARİXİ MƏNBƏ - FOTO

20-ci əsrin əvvəllərində nəşr olunmuş qəzetlərə nəzər yetirdikdə ölkəmizin nəqliyyat cəhətdən kifayət qədər inkişaf etdiyini görürük. Əsrin əvvəllərində artıq Siemens, Daimler, Ford, Deutz kimi markalar azərbaycanlı mühəndislərə tanış idi.
Avtosfer.az bu dəfə 1910-cu ildə Bakı-Tiflis qatarının iş qrafiki barədə elanı təqdim edir. Məlumat gündəlik “Səda” qəzetinin 15 sentyabr 1910-cu ildə dərc olunmuş 178-ci sayından götürülüb.
Məlumatda göstərilir ki, Zaqafqaziya Dəmir yoluna aid Bakıdan Tiflisə hər gün 3 qatar gedir.
1 saylı təcili qatar (orijinalda - skorı) sübh saat 07.04 dəqiqədə yola düşür.
11 saylı sərnişin qatarı saat 1.41 dəqiqədə (orijinalda – zöhr, yəni günorta) sərnişin platformasından yola düşür.
3 saylı qatar isə saat 12.44-də yola çıxır.
Elanda həmçinin Qatarın Tiflisə çatma qrafiki də göstərilib. Qatarlar müvafiq olaraq 10.52-də, 7.18-də və 14.44-də çatır. Başqa sözlə, qatarla Tiflisə çatmaq üçün təxminən 24 saat lazım idi. Yük qatarı bu yolu bir qədər ləng getsə də, sərnişin və təcili qatarın o dövrün standartları ilə nisbətən çevikdir.
Qeyd edək ki, Bakı-Tiflis dəmir yolu 1881-ci ildə istismara verilib. 1908-ci ildə Naxçıvan da polad magistralla tanış olub.
1920-ci ildə siyasi sistem dəyişsə də, dəmir yoluna münasibət dəyişmədi. 1923-cü ildə artıq mənəvi və fiziki olaraq köhnəlmiş konka yerini tramvaya verdi. 1926-cı ildə isə SSRİ-də və Şərqdə ilk dəfə olaraq Bakıda elektrik qatarı istismara buraxıldı.
Mənbənin oxunmasında köməyinə görə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun əməkdaşı, tarix üzdə fəlsəfə doktoru Aygün Məmmədovaya təşəkkür edirik.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














