2019-da uçub, 2018-də eniş edən reyslər - Keçmişə səyahət
Maraqlı
4 Yanvar 2019 23:06

Belə qeyri-adi gəzintini yaşayanların ilk sırasında Yaponiyadan ABŞ-a uçan sərnişinləri gəlir
Ekspertlər 2019-cu ilin ilk günündə havaya qalxıb, 2018-ci ilin son günündə yerə enən təyyarə reyslərini açıqlayıblar. Avtosfer.az axar.az-a istinadən bildirir ki, belə qeyri-adi gəzintini yaşayanların ilk sırasında Yaponiyadan ABŞ-a uçan NH106 reysinin sərnişinləri gəlir. Belə ki, 1 yanvar 2019-cu ildə Tokiodan havaya qalxan sözügedən reys 31 dekabr 2018-ci ildə Los-Anceles hava limanına enib. 1 yanvarda Şanxaydan San-Fransiskoya uçanlar da 2019-cu ili iki dəfə qarşılayıblar. Üçüncü belə bir şans Yeni Zelandiyadan Sakit okeandakı Rarotonqaya (Kuka adaları) uçan təyyarənin sərnişinlərinə aiddir.
Yeni Zelandiyadan 1 yanvar 2019-cu il, saat 9:19-da havaya qalxan təyyarə Rarotonqaya 31 dekabr 2018-ci ildə, gündüz saat 2-də eniş edib.
Oxunub : 1590
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












