2020-ci ildə 5G-nin dünyaya necə yayıldığını göstərən xəritə

Speedtest 5G-nin 2020-ci ildə dünyaya necə yayıldığını göstərən xəritə paylaşıb. Paylaşılan xəritə bəzi Avropa ölkələrinin və ABŞ-ın demək olar ki, 5G-yə hazır olduğunu göstərir. Bundan əlavə, Çin, Yaponiya və Körfəz ölkələri bu texnologiyanı mənimsəməyə başlayıb.
Milli.Az ted.az-a istinadən bildirir ki, Speedtest tərəfindən hazırlanan xəritə Azərbaycan olaraq bu texnologiyaya hazır olmadığımızı aşkar edib.
Yuxarıdakı xəritədə gördüyünüz kimi, dünyanın ən inkişaf etmiş ölkələri artıq 5G texnologiyasını mənimsəməyə başlayıblar. Bu çərçivədə xüsusilə Almaniya ölkə daxilində 5G əhatə dairəsi yaratmış kimi görünür. Həmçinin 5G şəbəkələri ABŞ-da qurulub. Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələrdə artan 5G əhatə dairələri körfəz ölkələrində də özünü göstərir. Türkiyəyə baxdığımız zaman İstanbulun məhdud bir ərazisində 5G əhatə dairəsinin olduğunu görürük.
Ölkələrin 2020-ci ildəki investisiyalarına baxdığımız zaman Hollandiyanın ön plana çıxdığını görürük. Ölkə 5G əhatə dairələrini 2020-ci ilin son rübünə görə 50 faiz artırıb. Bundan başqa, Tayland da 5G əhatə dairələrini keçən ilə nisbətən 32 faiz artıb. 2020-ci il ABŞ üçün 5G ili olub.
Paylaşılan xəritə 4G və 5G əlaqələrinin endirmə və yükləmə sürətləri arasındakı fərqin nə qədər böyük olduğunu da göstərir. Buna görə, dünya səviyyəsində yükləmə sürətinin 4G bağlantısında 19,67 Mbps olduğunu söyləyən qrup, 5G-də 954 faiz artım olduğunu və ortalama 207,39 Mbps-ə çatdığını söylənilir. Yükləmə sürətində 4G üçün 7,21 Mbps, 5G bağlantısı üçün 29,66 Mbps olduğunu görürük.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












