2025-ci ildə 2 Günəş və 2 Ay tutulması baş verəcək

Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından Avtosfer.az-a verilən məlumata görə, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq. Bu tutulma qismən Günəş tutulmasıdır. Tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.
2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.
Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










