22 ilə dağı yardı: təkbaşına kəndə yol çəkdi

22 il boyunca sadəcə çəkic və iskənə istifadə edərək dağı yarıb yol açdı. Söhbət hindistanlı Daşrathd Manjhidən gedir.
Avtosfer.az xəbər verir ki, Manjhi, Bihar əyalətinin Gehlaur kəndində yaşayan hindli bir fəhlə və tarla işçisi olub. Kənddən ən yaxın həkimə getmək üçün 90 km yol qət etmək lazım olurmuş. Manjhinin həyat yoldaşı 1959-cu ildə dağdan yıxılaraq ağır dərəcədə yaralanır və ən yaxın həkimə çatdırılması gecikdiyi üçün həyatını itirir. Bu hadisə Manjhidə ağır izlər buraxır. O, qərar verir ki, çəkici və iskənəsi ilə dağı yarıb yolu qısaltsın. 1960-cı ildə işə başlayır. İlk dövrlərdə kənd sakinləri ona lağ etsələr də, sonralar yemək və alət gətirərək onu dəstəkləməyə başlayıblar.
22 il boyunca Manjhi möhkəm iradəsi ilə bu yolu açmaq üçün işləyir. Nəhayət, dağı yararaq uzunluğu 110 metr, genişliyi 9 metr olan keçidi aça bilir. Nəticədə kəndin yolu 40 km qısalır.
Xalq arasında "Dağ adamı" ləqəbi ilə tanınan bu adam baş nazir tərəfindən mükafatlandırılır. Dillərə düşmüş qəhrəman haqqında sənədli film belə çəkilib.
Nurlan Sakitoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO

















