25 milyon illik muzey eksponatı – AZƏRBAYCANDA

Dünyanın qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan ərazisi müxtəlif dövrlərə aid arxeoloji abidələrlə zəngindir.
Minilliklər boyu bu ərazidə yaşamış əcdadlarımızdan irs qalmış həmin abidələr vətən tariximizin əlçatmaz qaranlıq səhifələrinə işıq salmaq baxımından olduqca əhəmiyyətlidir. Tarixəqədərki dövrün daha dərin izlərini isə ölkəmizin ərazisində aşkar olunan paleontoloji nümunələr özündə saxlayır.
Milli Azərbaycan Tarixi Muzeyində qorunan ən qədim eksponat olan daşlaşmış ağac qalığı məhz həmin nümunələrdəndir. Yer kürəsində təqribən 33,9-23 mln. il əvvəl mövcud olmuş olihosen geoloji mərhələsinə aid edilən bu ağac qalığı Azərbaycanın Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən AMEA Coğrafiya İnstitutu əməkdaşları tərəfindən aşkar edilmiş, 2000-ci ildə həmin İnstitutun sabiq direktoru akademik Budaq Budaqov tərəfindən muzeyə hədiyyə olunmuşdur. Tədqiqatçıların hesablamalarına görə yaşı ən azı 25 mln. il olan bu daşlaşmış ağac qalığı planetdə iqlimin soyuqlaşmağa, tropik meşələrin geniş düzlərlə əvəz olunmağa başladığı, yeni yırtıcı heyvanların, insanabənzər meymunların, eləcə də müasir fil və atların əcdadlarının yarandığı dövrə aiddir.
Uzunluğu 52,5, eni isə 12 sm olan bu dəyərli ağac qalığı tamaşaçıların böyük marağına səbəb olub.
Sözügedən nadir eksponat tezliklə muzeyin yeni hazırlanan daimi ekspozisiyasında yenidən nümayiş olunacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












