27 illik həsrətdən yeni ümid doğur - QAZ-69-la Kəlbəcərə qayıtmaq istəyən şəxsdən AÇIQLAMA

İşğal altındakı torpaqlarımızın azad edilməsi fonunda hər gün vətəndaşlarımızın yeni arzuları, yeni xatirələri ilə bağlı paylaşımlar üzə çıxır.
Kimi indiyədək bir ümidlə saxladığı açarını çıxarır, kimi başqa əşyalarını…
Belə ümid dolu paylaşımlardan biri də Rəşad Alızadənin babasından yadigar qalan maşınla bağlı olub
O, xatirəsi ilə bağlı “Facebook” səhifəsində paylaşım edib.
R.Əlizadənin sözlərinə görə, Kəlbəcərdən qaçqın düşəndə QAZ-69 markalı maşınla çıxıblar:
“Mən və ailəm Kəlbəcərdən bu QAZ-69-la köçkün düşmüşük. Maşın 1961-ci il istehsalıdır. 1993-cu ildən bu günə kimi bir dəfə də olsun mühərriki işə salınmayıb. Açığı, o halda da deyil artıq…
İki il bundan qabaq maşını təmir etdirib, ayağa qaldırmaq istədim, amma heç özümə belə bəlli olmayan səbəblərdən qaldı”.
“27 ildir evin küncünə sıxılıb qalmış uşaqlıq xatirələrim olan bu dördqapılı QAZ-69-u Kəlbəcərə getmək üçün təmirə aparıram.
Mən ömrümün beş ilini Kəlbəcər kimi cənnətdə yaşamışam və o beş ilin davamını yaşamağa bu maşınla gedəcəm”, - deyə o vurğulayıb.
Qeyd edək ki, maşının indiyədək yürüşü cəmi 67 min kilometrdir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












