276 uşağı övladlığa götürüb - “Çinin super atası”

52 yaşlı bədən tərbiyəsi müəllimi Bai Jian 276 uşağı övladlığa götürdükdən sonra “Çinin super atası” kimi tanınıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun hekayəsini “South China Morning Post” qəzeti yazıb.
Bai Jian Çinin şimal-şərqindəki Liaoninq əyalətindəki Anshan №2 orta məktəbində bədən tərbiyəsi müəllimidir.
1995-ci ildən bəri ən azı 276 uşaq Bai tərəfindən “Dream Home” adlanan mülkdə yaşayır.
Belə ki, Jian ilk uşağını 1995-ci ildə övladlığa götürüb. O, məktəbdə təzə işə başlayan zaman bir şagird diqqətini çəkib. Oğlan tez-tez dərsləri buraxır və sinif yoldaşlarından yemək oğurlayırdı. Çox keçmədən Jian valideynlərinin onu tərk etdiyini öyrənib və onunla yaşamağa dəvət edib.
Həmin andan müəllim getdikcə daha çox yetimlərə kömək etməyə başlayıb. O, övladlığa götürdüyü bütün uşaqları idmanla tanış edib. Jian onları hər gün səhər 4:30-da oyadır və qaçmağa aparır. Hava şəraitindən asılı olmayaraq, onlar hər gün 12 kilometrdən çox məsafə qət edirlər.
Jian 46 yaşında evlənib. Əvvəllər bütün sevgililəri onun xeyriyyə işlərinin öhdəsindən gələ bilmədiklərinə görə tərk etmişdilər. 2020-ci ildə isə bir oğlu olub.
“Heç vaxt yorğunluq hiss etmirəm. Uşaqları və idmanı sevirəm. Hər gün sevdiyim işlə məşğul oluram”, - deyə Jian qeyd edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












