30 000 manata başa gələn yağdəyişmə

Bəlkə kiməsə qəribə gələ bilər, amma realdır.
Avtosfer.az xəbər verir ki, Bugatti Veron avtomobillərində yağ dəyişmək sözün həqiqi mənasında zülmdür. Adi maşındakı kimi karterin boltunu açmaq, filtri yeniləmək və yağ əlavə etmək proseduru bu maşınlarda fərqlidir.
Əvvəla, yağ dəyişmək üçün mühərrikin üstündə və altındakı 2 qoruyucu çıxarılmalıdır. Bunun üçün nə az, nə çox 52 bolt açılmalıdır.
Bundan sonra, sistemdə yağın qızması üçün mühərrik bir müddət yerində işləməlidir.
Bugattinin mühərrik, transmissiya və digər sistemlərində ümumilikdə 16 litr yağ var. Bunları açıb dəyişmək üçün 16 ayrı-ayrı tıxac açılmalıdır.
Bir sözlə, mühərrik və transmissiyanın yağ və filtrlərinin dəyişməsi 18 min avroya (təxminən 33000 manat) başa gəlir. Həm də bu avtomobil üçün adi yağlar yaramır. Yağdəyişmə proseduru isə təxminən 1 iş gününə başa çatır.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












