300 km-lik tıxac yarandı - FOTO

Belçikada 2014-cü ilin rekord avtomobil tıxacı qeydə alınıb. Səhər tezdən paytaxt Brüsseli Gent və Limburq şəhərləri ilə birləşdirən magistralda yaranmağa başlayan tıxacın uzunluğu saat yeddi radələrində 300 kilometrə çatıb. Avtosfer.az İTAR-TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tıxaca əsas səbəb kimi dəmiryolçuların tətili göstərilir. Flamand yol hərəkəti mərkəzinin nümayəndəsi Hadjo Bekman paytaxtı Antverpen, Gent, Ostende, Lyej, Mons və Şarlerua şəhərləri ilə bağlayan qatarların hərəkətinin dayandırılması nəticəsində belçikalıların şəxsi avtomobillərindən istifadə etməyə məcbur olduqlarını və nəticədə magistrallarda xaos yarandığını bildirib.
Statistik məlumatlara görə bu ölkədə tıxacların uzunluğu hər ötən il daha da artır. Belə ki, 2011-ci ildə 122, 2012-ci ildə 143, 2013-cü ildə isə 168 kilometrlik tıxaclar qeydə alınıb.
Fidan
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












