40 il polisin girə bilmədiyi, mafiyanın idarə etdiyi şəhər
Koulun bir zamanlar Yer üzündə ən sıx məskunlaşmış şəhər sayılırdı. Şəhərdə heç bir qanun işləmirdi, hər şeyi mafiya idarə edirdi. Narkotikləri tapmaq içməli su tapmaqdan daha asan idi.
Koulun Honq Konqa yaxın, İngiltərə tərəfindən icarəyə verilən ərazinin içərisində idi, amma Çin dövlətinə məxsus idi. 1940-cı illərdə şəhər Çin inqilabından qaçanlar üçün sığınacağa çevrildi. Zamanla köçkünlərin sayı artdıqca şəhər yuxarı böyüməyə başladı - evlərin üstündə yeni mərtəbələr tikilirdi.
Mərkəzi su təchizatı yerinə 70 su quyuları var idi, elektrik isə Hong Konqdan oğurlanırdı. Vaxt keçdikcə şəhərdə heç bir küçə qalmadı, yalnız qarışıq bir keçid şəbəkəsi var idi. Turist və ya yeni köçkün burada sağ qalmazdı, küçələrdə azıb qalardı. Evlər o qədər dolu və bir birinə yaxın idilər ki, günəş işığı belə düşmürdü şəhərə. İnsanlar binaların damında istirahət edirdilər.
Təssəvür edin, 2.6 ha ərazidə 33 000 insan yaşayırdı.
Polis şəhərə heç girmirdi. Koulun tamamilə mafiya əlində idi - opium və əxlaqsızlıq yuvaları hökm sürürdü. Amma 1970-cı illərin axrında Çin hökümətinin səbri tükəndi - şəhərə dəfələrlə polis basqınları edildi və bir müddət sonra Koulun tamamilə mafiyadan təmizləndi. 1992-1993-cü illərdə isə şəhər dağıdıldı - insanlara təzminat və ya Honq Konqda evlər verildi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












