40 il sonra görüşdülər, gündəm oldular - FOTO

1983-cü ildə ekranlara çıxan “Asif, Vasif, Ağasif” filminin baş qəhrəmanlarının 40 ildən sonrakı görüşünü əks etdirən foto ötən gündən sosial şəbəkələrdə ən çox müzakirə olunanlar arasındadır.
Sosial media istifadəçilərinin böyük marağına səbəb olan foto həm də bir çox suallar doğurub. Filmdəki baş qəhrəmanlardan birinin qadın olmasından xəbərdar olmayan izləyicilərə 40 il sonrakı “Ağasif” qəribə gəlib…
Filmə olan böyük marağı nəzərə alıb ekran işi ilə bağlı bəzi detalları təqdim edirik:
“Asif, Vasif, Ağasif” filmi 1983-cü ildə lentə alınıb. Film sadə azərbaycanlı ailəsində cərəyan edən hadisələrədən bəhs edir. Ekran əsərinin əsas macəraları isə vaxtının çoxunu işdə olan atanın üç dəcəl oğluyla gəzintiyə çıxması zamanı baş verir. Uşaqlardan ortancılı Vasifin yoldan keçərkən təsadüfən bağça uşaqlarına qoşularaq getməsi hadisələrin kuliminasiya nöqtəsi olur.
.jpg)
Rollarda Məmməd Məmmədov, Şükufə Yusupova, Leyla Bədirbəyli, Nəzri Babayeva, Emil Pənahov (Asif), Ramin Aslanov (Vasif), Hökümə Cəlilova (Ağasif), Xalidə Quliyeva, Ramiz Əzizbəyli, Ruhəngiz Qasımova, Zemfira Sadıqova, Ramiq Həsənov (Nadir), Təranə Həşimova (Elmira), Pərvanə Həşimova (Esmira) və başqaları çəkilib.
Filmin ssenari müəllifi Nadejda İsmayılova, quruluşçu rejissoru Rasim İsmayılov, quruluşçu rəssamı Məmməd Hüseynov, bəstəkarı Ruhəngiz Qasımova, resjissoru Elmira Əliyeva, operatoru Ramiz Əliyev, montaj edəni Nisə Hacıyeva, direktoru Arif Səfərovdur.
Ən son məlumatlara görə, Emil Pənahov (Asif) filmə çəkildikdən sonra xoreoqrafiya məktəbinə daxil olub və bir daha heç bir filmdə çəkilməyib. Hazırda “Buta” rəqs ansamblının rəhbəridir. Xristian dinini qəbul edib və Bakıda yaşayır. Bir neçə klipə çəkilib.
Filmdə üç qardaşın ən kiçiyi hamının oğlan zənn etdiyi Ağasif rolunu oynayan Hökümə Cəlilovanın isə “bp” şirkətində çalışdığı deyilir. Onun da aktyorluq fəaliyyəti elə “Asif, Vasif, Ağasif” filmindən sonra başa çatıb.
Filmin ssenari müəllifi Nadejda İsmayılova 2014-cü ildə verdiyi müsahibədə Vasif rolunun ifaçısı Ramin Aslanovun məscidlərin birində çalışdığını demişdi.

(qafqazinfo)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












