44 günlük müharibədən sonra İsveçrədə dronlara münasibət dəyişdi

44 günlük Vətən müharibəsi Azərbaycana münasibəti dəyişib. Hətta neytral statusu olan İsveçrə də Azərbaycanın PUA təcrübəsindən bəhrələnmək istəyir.
Avtosfer.az xəbər verir ki, Federal Müdafiə Departamenti və sənayeçilərin keçirdiyi iclasda dronlardan istifadə müzakirə edilib. Bildirilib ki, Konfederasiyada on ildən artıqdır dron müzakirələri davam edir. Mülki dronlarla bağlı çətinlik olmasa da, hərbi PUA-larla bağlı vəziyyət mürəkkəbdir. 2015-ci ildə israilin Elbit şirkətindən 300 milyon dollara 6 kəşfiyyat dronu alınsa da, hələ anbarda qalır. Onların işlək vəziyyətə gətirilməsi 2026-cı ilə nəzərdə tutu7lub.
İsveçrə Milli Şurasının üzvü (deputat) Pyer-Alen Fridez bildirib: “bu silahlar Ermənistan-Azərbaycan münaqişəsində həlledici rol oynayıb. İsveçrə çox bahalı döyüş PUA-larına sahibdir. Halbuki, kiçik ölçülü və münasib qiymətə təklif edilən dronlar real təhlükə mənbəyidir”.
Müşavirədə iştirak edənlər İsveçrənin dron məsələsində dünyadan geri qaldığını, ilin sonunadək PUA qoşunlarının təşkilinin zəruriliyindən danışıblar.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












