5 milyon insan insultdan ölə bilər

2030-cu ilə qədər dünyada insultdan hər il ölənlərin sayı 5 milyona çata bilər.
Bu barədə Amerika Nevrologiya Akademiyası məlumat yayıb.
Müəlliflər 1990-2019-cu illər üçün Ümumdünya Səhiyyə Məlumat Mübadiləsi məlumatlarını təhlil ediblər. Dünya əhalisi artdıqca, işemik insultdan ölənlərin qlobal sayı 1990-cı ildəki 2,04 milyondan 2019-cu ildə 3,29 milyona yüksəlib. Bununla belə, insult halları 1990-cı ildə 100.000 nəfərə 66 insultdan 2019-cu ildə 100.000 nəfərə 44 insulta qədər azalıb.
Şanxaydakı Tuntzi Universitetindən tədqiqatın müəlliflərindən biri olan Lize Syun deyib: "İnsult nisbətlərindəki bu azalma, ehtimal ki, dünya miqyasında insultun ümumi artımının əsasən əhalinin artımı və qocalması ilə əlaqədar olduğunu göstərir".
Alimlər yeddi əsas risk faktorunu müəyyən ediblər: siqaret çəkmək, yüksək natriumlu pəhriz, yüksək qan təzyiqi, yüksək xolesterin, böyrək funksiyasının pozulması, yüksək qan şəkəri və yüksək bədən kütləsi indeksi.
Tədqiqatçılar daha sonra 2020-2030-cu illərdə ölümlərin sayını proqnozlaşdırmaq üçün ekstrapolyasiya ediblər. İşemik insultun 2030-cu ildə 4,9 milyon insanın ölümünə səbəb olacağı proqnozlaşdırılır. Bu qiymətləndirmə həkimlərin və hökumətlərin risk faktorlarının təsirini azaltmaq səylərinə əsaslanır. Əgər bu səylər hesablamalara daxil edilməsə, ölənlərin sayı ildə 6,4 milyona yüksələ bilər. (lent.az)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












