5 yaşında ana olan Lina Mədinənin sonrakı taleyi necə oldu?

Bu hadisə 1939-cu ildə Peruda baş verib. Ata xəstəxanaya 5 yaşlı qızını gətirib. Uşağın qarını o dərəcədə böyük idi ki, həkimlər ilk növbədə şişdən şübhələniblər.
Lakin müayinə dəhşətli nəticə göstərib - 5 yaşlı Lina... hamiləliyin 7-ci ayında idi.
Qız dərhal Perunun paytaxtı olan Limaya aparılıb. Burada həkimlər hamiləliyi saxlamağa qərar veriblər. Hamiləlik tam normal və problemsiz inkişa edirdi. Nəticədə 1939-cu il mayın 14-də 5 yaş 7 ayı olan Lina 2,7 kq çəkili sağlam oğlan uşağı dünyaya gətirib. Həkimlər Linaya qeysəriyyə kəsiyi əməliyyatı ediblər.
Yenidoğulmuş uşağa Herardo adı verilib.

Saglamolun.az bildirir ki, o vaxtlar La Presse Medicale tibb jurnalında Lina haqqında geniş məqalə çıxıb. Orada qeyd olunurdu ki, qızda cinsi inkişaf çox tez gedirdi. 2 yaş 8 ayında Linada ilk menstruasiya olub, 4 yaşından süd vəziləri aktiv inkişaf etməyə başlayıb və uşaq doğulanda Lina onu öz südü ilə qidalandıra bilirdi.

Maraqlıdır ki, uşağın atasının kim olduğu bu günə kimi məlum deyil. Lina bu haqda heç nə danışmırdı. Qohumlarının sözlərinə görə, qızı kim isə zorlaya bilərdi. Əvvəl polis Linanın atasından şübhələnib və onu həbs edib, lakin bir müddətdən sonra dəlillər tapılmadığı üçün kişi sərbəst buraxılıb.
Herardo 10 yaşına kimi Linanı böyük bacı hesab edirdi. Uşaq sağlam idi və tam normal inkişaf edirdi. Lakin 40 yaşında o, leykemiya xəstəliyinə (qan xərçəngi) tutulub və tez bir zamanda vəfat edib.

Lina Mədinə böyüyəndə katibə işləməyə başlayıb. O ömrünün sonuna qədər Limada yaşayıb. Qadın gec ailə həyatı qurub və 39 yaşında 2-ci uşaq dünyaya gətirib. O da oğlan idi.
Lina heç vaxt müsahibə vermirdi və jurnalistlərdən qaçırdı.
Qadın 2015-ci ildə 82 yaşında infarkt nəticəsində dünyasını dəyişib. Linanın adı Ginnes Rekordlar Kitabına ən cavan ana kimi daxil olub və bu günə kimi onun bu "rekordunu" qıran olmayıb.
Yasamalda vətəndaşlara kofe, şirniyyat və pul paylayan şəxs GÜNDƏM OLDU - VİDEO
Metro stansiyaların adlarının əvvəllər nə olduğunu bilirdiz? - FOTO
Bu avtomobillərin sensorları oğurluq üçün əlverişlidir – ARAŞDIRMA - FOTO
Evdəki şkafın altında gizli keçid tapıldı; metro relslərinə çıxışı var - VİDEO
Çin maşının loqosunu silib başqa ad yazdılar; İFŞA OLUNDU - VİDEO
Bu taksi sürücüsünə dərdini danışmaq ödənişlidir; məsləhət almaq üçün 26 AZN ödəməlisən - FOTO
Dünyanın ən böyük elektrikli gəmisi sınaqdan keçirilir
Oğrular evdə ilk yoxladıqları 13 yeri AÇIQLADILAR
Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun
Bakıda "Suzuki"ni "Galenvagen"ə yığıb satışa çıxardılar - VİDEO
Azərbaycanda “Tesla” avtomobili yoldakı heyvanları insan kimi qeydə aldı - VİDEO








