500 ilə qədər yaşayan köpək balıqları ürək xəstəliklərinə dərman ola bilərmi?

Qrenlandiya köpək balıqlarının uzun ömür sürməsi ilə bağlı yeni tapıntılar əldə edilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, Qrenlandiya köpək balığı yetkinliyə təxminən 150 yaşında çatır. Ən uzunömürlü onurğalı olan Qrenlandiya köpək balığının necə sağ qaldığına dair yeni tapıntılar aşkarlanıb.
Tədqiqatçılar yeni kəşfin insanların ürək sağlamlığını yaxşılaşdıra biləcək tədqiqatlara əhəmiyyətli töhfələr verəcəyini gözləyirlər. Orta ömrü 270-500 il arasında dəyişən Qrenlandiya köpək balığı Şimali Atlantika və Antarktika okeanlarında yaşayır. Lakin bu heyvanların bu qədər uzun müddət necə yaşadığı sirr olaraq qalır. Araşdırma nəticəsində məlum olub ki, Qrenlandiya köpək balığı əzələlərinin unikal metabolizması sayəsində uzun müddət yaşaya bilər. Tədqiqatçılar Qrenlandiya köpək balıqlarının əzələ toxuması nümunələrində 5 fərqli fermenti araşdırıblar. Müxtəlif yaşlarda və temperaturlarda bu fermentlərin metabolik aktivliyinin necə dəyişdiyi təhlil edilib. Alimlər mətbuat şərhlərində heyvanların əzələ metabolizmində yaşa bağlı dəyişiklik olmadığını aşkarladıqlarını söyləyiblər. Tədqiqata rəhbərlik edən Evan Camplisson bildirib ki, bu, yaşlandıqca metabolik ferment aktivliyində müəyyən dəyişiklik göstərən əksər heyvanlardan tamamilə fərqlidir. Nəticələr fərziyyəmizi dəstəkləyir ki, Qrenlandiya köpək balığı digər heyvanlar kimi klassik yaşlanma əlamətlərini göstərmir. Gələcək tədqiqatlar maddələr mübadiləsinin köpək balıqlarının uzunömürlülüyündə nə dərəcədə rol oynadığını göstərəcək. Alimlər hüceyrə səviyyəsində insan ürəyinə bənzəyən köpək balığının ürəyinin araşdırılmasının insan sağlamlığı üçün mühüm nəticələr verəcəyinə ümid edirlər. Qrenlandiya köpək balıqlarının ürək-damar xəstəliklərindən ciddi şəkildə təsirlənmədən bu qədər uzun müddət yaşamasına imkan verən uyğunlaşmaları anlaya bilsək, ürək sağlamlığını yaxşılaşdırmaq üçün bunların bəzilərini insanlara uyğunlaşdıra bilərik. Bunlar yaşlandıqca daha çox yayılmış və ağırlaşan problemlərdir”.
Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, temperaturun artması Qrenlandiya köpək balıqlarının maddələr mübadiləsində ciddi dəyişikliklərə səbəb olub. Bu səbəbdən onlar bu növün yaşayış mühitinin iqlim böhranı ilə təhlükə altına düşəcəyindən narahatdırlar. Evan Camplisson diqqətə çatdırıb ki, okeanların istiləşməsi bu növ üçün böyük problemlər yaradacaq:
“Bu vəziyyət çox güman ki, Qrenlandiya köpək balıqlarının soyuq sularda qalmaq üçün getdikcə daha daralmış coğrafi əraziyə sıxışdırılması ilə nəticələnəcək”.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












