60 cəhddən sonra sürücülük imtahanından keçdi

Böyük Britaniyada sürücülük məktəbinin şagirdi krallıqda indiyə qədər edilən ən çox cəhd rekordunu qıraraq nəzəri sürücülük imtahanında müsbət nəticə əldə edib.
Avtosfer.az xəbər verir ki, təcrübəsiz sürücü Worcestershire ştatının Redditch şəhərindəki sınaq mərkəzində keçirilən imtahanda yalnız 60-cı cəhddə uğurlu nəticə əldə edə bilib.
Rekordçu imtahandan keçmək üçün 60 saat və 1380 funt sterlinq xərcləyib.
Xatırladaq ki, Böyük Britaniyanın Nəqliyyat Departamentinin məlumatına görə, son 15 ildə nəzəri imtahanların keçidi 21% azalıb və hazırda 44% təşkil edir.
Qeyd edək ki, standart prosedura uyğun olaraq, tələbə sürücülər yalnız sürücülük nəzəriyyəsi imtahanını verdikdən sonra praktiki imtahana yazıla bilərlər. Təxminən bir saat çəkən hər cəhdin qiyməti 23 funt sterlinqdir. Testdən uğursuz olanlar yenidən imtahan verməzdən əvvəl ən azı üç iş günü gözləməlidirlər. Test yol hərəkəti qaydalarına dair 50 sualdan ibarətdir. Müsbət qiymət almaq üçün ən azı 43 düzgün cavab verilməlidir. Bundan sonra tələbə sürücülərə avtomobil idarə edərkən yarana biləcək real vəziyyətləri əks etdirən 14 videoçarx nümayiş etdirilir ki, onlar potensial təhlükəni dəyərləndirməli və 75 baldan minimum 44 bal toplamalıdırlar.
Məhəbbət Tərlanoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












