64 ölkəni pulsuz gəzən adam - 11 il ərzində

45 yaşının tamam olmağına bir neçə gün qalmış Jan Belivo bütün pullarını itirərək müflis olur. Düşdüyü uzunmüddətli depressiyadan çıxmaq üçün Jan qərara alır ki, yer kürəsini səyahət eləsin. Ancaq necə, hansı pulla ? Son anda qəti qərar verir . Piyada gəzəcəm dünyanı .
18 avqust 2000-ci il. Jan özü ilə balaca araba, yataq dəsti və müxtəlif dərman pereparatları götürərək Kanadadan üzü Amerikaya doğru yola çıxır...
Amerikanı dolaşdıqdan sonra onun qəribə əhvalatını eşidən bir aviakampaniya Jana Afrikaya getmək üçün pulsuz bilet verir. Beləliklə Afrika ölkələrini gəzən kanadalı saysız hesabsız macəralar yaşaya-yaşaya Avropa ölkələrinə gəlib çıxır.
Onu əhvalatını eşidən insanlar bacardıqları qədər kömək edirdilər.
Jan başına gələnləri belə xattırlayırdı: "Afrika ölkələrində dolanmaq elə də çətin deyildi. Orada 1 dollara istədin qədər yemək ala bilirsən. İnsanlar mənim macəramdan xəbər tutduqca bacardıqları qədər kömək etməyə çalışırdılar. 11 il ərzində bir qəpik belə qazana bilmədim, ancaq bu 11 il məniim həyatımın ən gözəl illəri oldu. Anladım ki, həyatı gözəl yaşamaq, dünyanı görmək üçün heç də çoxlu pul lazım deyilmiş ”.
2000-ci ilin avqustun 18-də pulsuz evdən çıxan Jan Belivo 11 il ərzində 76 min kilometr yol gedərək dünyanın 64 ölkəsini gəzərək pulsuz da geri döndü.
Siyavuş Əmirli
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












