8 saatlıq yol 90 dəqiqəyə endiriləcək

Tu-144 və “Concorde” təyyarələri ilə baş verən qəzalardan sonra səsdənsürətli sərnişin təyyarələrinin istismarı dayandırıldı. Lakin bu, bəşər övladının daha sürətlə hərəkət etmək həvəsini öldürə bilmədi.
Bu gün transatlantik uçuşlar çox böyük vaxt aparır və insanlara yorucu gəlir. Bu səbəbdən təyinat yerinə daha tez çatmağın yolları axtarılır.
Avtosfer.az xəbər verir ki, İsveçrənin “Destinus” startapı yeni təyyarə üzərində işləyir. Maye hidrogenlə işləyəcək təyyarənin sürəti səsdən 5 dəfə çox olacaq – təxminən 5300 km/saat.
Müqayisə üçün deyək ki, müasir təyyarələr Paris-Nyu-York reysini səkkiz saat 20 dəqiqəyə yerinə yetirir. Məşhur “Concorde” təyyarələri ilə bu yolu 3 saat 30 dəqiqəyə getmək mümkün idi. “Concorde”dan 2,5 dəfə sürətli olan “Destinus” üçün bu uçuş cəmi saat yarım çəkəcək.
Layihə müəlliflərinə görə, 25 nəfər sərnişin tutumlu təyyarə yaxın 10 il ərzində dünyanın əsas hava limanlarında görünəcək.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












