95 əvəzinə 92: Nəticə necə olur?

92 və 95 oktanlı benzinlər arasında qiymət fərqi böyük olduğu üçün əksər sürücülər injektorlu mühərrikə 92 oktan benzin tökürlər. nəzərə alaq ki, son 20 ildə Rusiya və Çin istisna olmaqla əksər istehsalçıların avtomobilləri 95 oktana hesablanıb. Lakin...
Avtosfer.az xəbər verir ki, əksər sürücülər ucuzluğa görə 92 oktanı seçir. Bu da mühərrikdə deonasiya yaranmasına səbəb olur. Doğrudur, müasir mühərriklərdə detonasiyanı idarə edən proqramlar olsa da, onlar prosesin qarşısını tam ala bilmir. İlk baxışda detonasiya hiss edilməsə də, mühərrikin gücü azalır, bəzən də tam yanma getmədiyi üçün qara tüstü çıxır. Mühərrik çox böyük dövrlərdə, idman üslubunda istifadə edildikdə isə aşağı oktanlı yanacaq “öz işini görür”. Silindrlərdə sıyrılma əmələ gəlir, istilik rejimi pozulur və mühərrikin ömrü qısalır.
Ekspertlərin araşdırmasına görə aşağı oktanlı benzinlə yavaş tərzdə hərəkət etdikdə mühərrikdə ciddi problem yaranmır. Lakin isti havada tıxaclarda gözlədikdə və ya magistralda böyük sürətlə hərəkət zamanı vəziyyət dəyişir.
O ki qaldı, bəzi sürücülərin iddia etdiyi kimi “mühərrikin 92 benzinə öyrəşməsinə”, bu, gülünc iddiadan başqa bir şey deyil.
Bir sözlə, 92 oktanlı benzindən qısa müddətə isifadə etməklə heç nə olmaz. Yetər ki, sürücü buna vərdiş etməsin.
Vüqar Yaşaroğlu
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












