ABŞ-da edam edilən məhkum əzab içində can verdi - FOTO

Oklahomada son altı ildə ilk dəfə məhbusa qarşı ölüm hökmü icra edilib.
Edam edilən şəxs Con Qrant adlı biri olub.
“Con Qrant, Qey Karterin qətlinə görə bütün məsuliyyəti öz üzərinə götürmüşdü. O, öz cinayətini dərk etmək və günahını yumaq cəhdi ilə (mənim işlədiyim digər müştərilərdən qat-qat artıq) illərini ölüm kamerasında keçirib ”, – deyə vəkil yazılı açıqlamada bildirib.
Məhkum həbsxana işçisini öldürməkdə təqsirli bilinmişdi.
Qranta hökmün icrası zamanı istifadəsi mübahisələr doğuran və etirazlara səbəb olan “midazolam” preparatı vurulub. Belə ki, dərmanın istifadəsindən sonra əlverişli ssenariyə görə, məhkum dərhal huşunu itirir və bir neçə dəqiqədən sonra ölür.
Bununla belə, məhkumların uzun müddət əzab çəkdiyinin qeydə alındığı ən azı üç hadisə var. Bunların arasında ən dəhşətlisi 2014-cü ildə baş verib: məhkum inyeksiyadan bir saat sonra əzablar içində ölmüşdü.
Şahidlərin dediyinə görə, Con Qrant da dərman yeridildikdən sonra qıcolmalarla titrəyib və qusub. Onun əzabı təxminən 20 dəqiqə sonra başa çatıb.
“Həyata keçirilən ölüm hökmü məhkumun faciəli həyatında sonuncu ədalətsizlik oldu”, - deyə Qrantın vəkili bildirib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












