ABŞ-ın yeni qırıcısı niyə qanadının altında unitaz daşıyır? – FOTOLAR

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 25-ci qırıcı eskadrilyası yeni aldığı “F/A-18E Block III Super Hornet” təyyarələrindən birini nümayiş etdirib. Diqqəti çəkən isə təyyarənin qanadının altındakı qeyri-adi yük, qısaca desək, unitazdır. 
Yeni qırıcı təyyarənin qanadının altında bomba üçün nəzərdə tutulmuş yerdə unitaz daşımasının tarixi səbəbləri var.

1965-ci ildə ABŞ-ın “Midway” aviadaşıyıcı gəmisindən qalxan “A-1H Skyraider” göyərtə qırıcısı qanadının altındakı bomba asqısında unitaz daşıyırdı. Həmin yerdə müharibə zamanı Vyetnama atılan sayca 6 milyonuncu bomba olmalı idi. Amerikalılar həmin yuvarlaq rəqəmi vurğulamaq üçün bombanı unitazla əvəz etmişdilər.

“F/A-18E Block III Super Hornet”in xidmətə bu hadisəni yada salmaqla başlaması çox ibrətamizdir. Əslində amerikalılar Vyetnam müharibəsi zamanı etdiklərini unutmağa və unutdurmağa çalışmalıdırlar. Çünki bu, ABŞ tarixinin ən utandırıcı səhifələrindəndir. Texnoloji baxımdan olduqca zəif bir ölkənin başına göydən altı milyon bomba tökməkdə qürurlanmalı heç nə yoxdur. Amma əksinə, bununla fəxr etmək əsl unitaza layiq təfəkkürdür.
azvision.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












