Ad gününün səhəri kabinetində güllələnən nazir – UNUDULAN MƏMURLAR

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihədə bu dəfə Azərbaycan SSR daxili i̇şlər naziri Arif Heydərovdan bəhs edəcəyik.
Arif Nəzər oğlu Heydərov 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində Nəzər Heydərovun ailəsində dünyaya gəlib. O, əslən Qubadlı rayonunun Gürcülü kəndindəndir.
Arif Heydərov Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib.
1944–1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. O, 1945–1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949–1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb.
Arif Heydərov 1967–1970-ci illərdə Türkiyədə konsul, 1970–1978-ci illərdə Azərbaycan SSR daxili işlər naziri işləyib. O, Azərbaycan SSR Ali Sovetinin deputatı idi.
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib. Bir çox mənbələrdə qətli Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyini iddia edilir.
Belə ki, Şuşa həbsxanasının zabiti Ziya Muradovun şəxsi evi olmadığından ailəsi ilə orda qala bilməyib. İş yerini dəyişmək istəməsi ilə bağlı dəfələrlə verdiyi ərizələr cavabsız qalıb. İki dəfə nazirin qəbulunda olub. Nazirin çıxardığı qərarların heç biri icra edilməyib. Sonda süründürməçilikdən cana yığılan zabit xidməti tapançasına əl atıb və bu qorxunc hadisəni törədib.
Sabiq nazir alman, ingilis, türk, fars dillərini bilirdi. O, SSRİ-nin "Qırmızı Bayraq", "Şərəf nişanı" ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunub.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












