Afrikalı fırıldaqçılar Daşkənd sakininin 90 min dollarını belə mənimsədilər

İlk baxışda oxucuda haqlı sual yarana bilər: Özbəkistan vətəndaşının aldadılması xəbərinin mənə nə aidiyyəti?
İlk baxışdan heç bir aidiyyət görünməsə də, reallıq başqadır. Bu gün internetin sayəsində məsafə anlayışı aradan qalxıb. Kiminsə telefonuna yad, xarici nömrədən bol sərvət, var-dövlət vəd edən zənglər gəlməsi təəccüblü qarşılanmır. Obyektivlik naminə deyək ki, dövlət qurumları bununla mübarizə aparır, lakin fırıldaqçılıq bitmir.
Avtosfer.az xəbər verir ki, nigeriyalı hakerlər Daşkənd sakininə zəng edərək ona Afrikada milyonluq miras qaldığını, bunun sənədləşdirilməsi üçün 90 000 dollar ödənilməli olduğunu deyiblər. Özbək qardaşımız paytaxtdakı evini sataraq məbləği nigeriyalı fırıldaqçılara yollayıb. Milyonluq miras isə gəlib çıxmayıb.
Kibertəhlükəsizlik mütəxəssislərinin və polisin araşdırması fırıldağı üzə çıxarıb.
Belə bir təhlükə ilə Azərbaycan vətəndaşı da üzləşə bilər. Polisə müraciət etdikdə isə artıq çox gec olacaq. Fırıldaqçıların toruna düşməmək üçün yalan vədlərə inanmamaq, xaricdən gələn şübhəli zənglərə cavab verməmək lazımdır. Xalqımızın gözəl bir məsəli var: Tamahkarı yalançı aldadar.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












