Aliment, yoxsa sürücülük vəsiqəsi?

İlk baxışdan sual oluna bilər: bu 2 məsələ arasında əlaqə nədədir? Başqa ölkələrin təcrübəsinə nəzər yetirdikdə bu əlaqəni görmək olar. Elə qonşu Rusiyada.
Avtosfer.az xəbər verir ki, Rusiyada sürücülük hüququnun itirilməsi ilə bağlı qanun pozuntularının siyahısı bizdən daha genişdir. Məsələn, dəmir yolunu keçmə qaydalarını pozan sürücü bir neçə ay piyada gəzməyə məcbur edilə bilər.
Lakin federasiyada sürücülük hüququnun məhdudlaşdırılmasının avtomobil idarə edilməsi ilə bağlı olmayan halları da var. Bunlardan biri də nə qədər qəribə olsa da, aliment ödənilməməsidir. Məhkəmə icraatatı haqqında qanuna görə, aliment ödənişini gecikdirən, və ya imtina edənlərin sürücülük hüququ məhdudlaşdırıla bilər.
Ailə məsələləri ilə bağlı daha bir halda da sürücülük vəsiqəsi itirilə bilər. Valideynlər ayrıldığı zaman tərəflərdən biri uşağı digərinə göstərməkdən imtina edərsə, o zaman yenə də sürücülük vəsiqəsi risk altına düşür.
Bir sözlə, təkcə intizamlı sürücü olmaq Rusiyada sürücülük vəsiqəsinin qorunması anlamına gəlmir.
Vüqar Yaşaroğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












