Alimlər: İstixana emissiyaları günün uzunluğunu artırır

İqlim dəyişikliyi günün uzunluğunu artırır. Alimlər bu qənaətə Amerikanın “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc olunan araşdırma nəticəsində gəliblər.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, aterialda iqlim dəyişikliyinin su kütlələrinin ekvatora keçməsi ilə müşayiət olunduğu, bunun isə Yerin daha da hamarlaşmasına gətirib çıxardığı və nəticədə günün uzunluğunu artırdığı qeyd edilir.
Hazırkı iqlim dəyişikliyi görünməmiş bir həddədir. Qlobal istiləşmə son onilliklərdə buzlaqların və qütb buz təbəqələrinin əriməsini sürətləndirib, dəniz səviyyəsinin qalxmasına səbəb olub. Tədqiqatda deyilir ki, hava kütlələrinin qütbdən ekvatora doğru hərəkəti 1900-cü ildən bəri Yerin şişkinliyini və günün uzunluğunu (LOD) əhəmiyyətli dərəcədə artırıb.
Tədqiqat müəllifləri onu da qeyd edirlər ki, hazırda bir sutka təxminən 86,4 min saniyə davam edir. Yerin fırlanmasını tədricən ləngidən Ayın cazibə qüvvəsi hesabına onun müddəti bir qədər artıb.
Alimlərin fikrincə, günün uzunluğunun dəyişməsi hər yüz ildən bir millisaniyədən bir qədər çox olur. İstixana emissiyaları artmağa davam edərsə, günlər daha sürətlə uzanmağa başlayacaq və bu rəqəm bir əsrdə 2,4 millisaniyəyə qədər çoxala bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












