Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd hazırladı

ABŞ-ın Nyu York şəhərindəki "Memorial Sloan Kettering" Xərçəngə qarşı Mübarizə Mərkəzinin və “Sinay dağındakı İkan” Tibb Məktəbinin beynəlxalq alimlər qrupu və Almaniyanın “BioNTech” firmasının dəstəyi ilə mədəaltı vəzi xərçənginin aqressiv forması ilə mübarizə aparmaq üçün fərdiləşdirilmiş mRNT peyvəndi yaradıblar.
Klinik tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.
Sınaqlar zamanı mütəxəssislər xüsusi hazırlanmış mRNT vaksinlərindən istifadə edərək pankreas yenitörəmələrinə xas olan immun T-hüceyrələrinin aktivləşməsini nümayiş etdirə biliblər. Bu üsul immunoterapiya prinsipinə əsaslanır - şişlərin səthində patogen zülalların tanınması yolu ilə immunitet sistemini xərçəng hüceyrələrinə hücuma vadar edir.
Peyvənd sınaq təcrübələri əvvəlcə cərrahi yolla çıxarılan şişlər, sonra onlardan 16 fərdi peyvənd hazırlayan 16 subyekt üzərində aparılıb.
Sınağın iştirakçılarına həmçinin kimyaterapiya və universal immunoterapiya dərmanı olan atezolizumab təyin edilib. Xəstələrin yarısında əhəmiyyətli T-hüceyrə immun reaksiyası var idi və 18 ay sonra onların heç birində xərçəngin sonrakı inkişafı əlamətləri görünməyib. (report)
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












