Alkotesteri saqqızla aldatmaq mümkündürmü?

İçki məsələsində nəfsinə hakim ola bilməyən sürücülərin uydurduğu bəhanələrin, yanlış inancaların sayı-hesabı yoxdur. Maraqlıdır ki, internet sayəsində bu yalanlar ölkələri dolaşır. Haqqında bu dəfə söhbət açacağım yanlış təsəvvürə inananlar arasında azərbaycanlı sürücülər də fifayət qədərdir.
Avtosfer.az xəbər verir ki, geniş yayılmış yalanlardan biri də saqqızla bağlıdır. Guya mentollu saqqız alkotesterin iş rejimini pozur və sərxoşluğu müəyyən etmək çətinləşir.
Burada həqiqət payı olsa da, çox azdır. Çünki alkotester səthi tənəffüsü deyil, ciyərdən gələn havanı yoxlayır və bunun üçün də sürücüdən güclü şəkildə üfürmək tələb olunur. Bu baxımdan alkotesteri aldatmaq ehtimalı yox dərəcəsindədir.
Doğrudur, köhnə model alkotesterlərdə mentollu saqqıza görə göstərici nisbətən aşağı çıxa bilər. Lakin yol polisi bir qayda olaraq sərxoş hesab etdiyi şəxsi tibbi müayinəyə aparır. Bu zaman nəinki sürücünün qanındakı alkoqol miqdarını, hətta hansı içkini nə vaxt qəbul etdiyini də bilmək mümkün olur.
Bir sözlə, texnologiya dövründə sürücülərin yalanları artdığı kimi texniki vasitələr də təkmilləşir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












