Alla Puqaçova Rusiyadakı 1 milyardlıq mülkünü sürücüsünə bağışladı - FOTO

Rusiyanı tərk edən müğənni Alla Puqaçova Moskva ətrafındakı qəsrini sürücüsü İqor Polşkova bağışlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” cütlüyün yaxın ətrafına istinadən məlumat yayıb. Sürücünün 30 ildən artıq Puqaçova ilə işlədiyi deyilir. Nəşrin məlumatına görə, Polşkov müğənninin mərhum qardaşının nəvəsinə də qulluq edib və Puqaçova uşaqları ilə ölkədən gedəndə onu hava limanına qədər müşayiət edib.
Rieltorlar əmlakı 1 milyard rubl dəyərində qiymətləndiriblər. 6 mərtəbəli qəsrdə hovuz, səhnəli ailə teatrı, qonaq evi, yardımçı otaqlar və yeraltı dayanacaq da var. Onun ümumi sahəsi 2,3 min kvadratmetrə çatır, torpaq sahəsi isə 1 hektardır.
Puqaçova bir müddət əvvəl İsraildə olduğunu açıqlayıb, dinləyicilərinə dəstəyə görə təşəkkür edib və onlar üçün dua edəcəyinə söz verib.







Azpost.info
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












