Almaniyada Hitler vaxtından davam edən sürət limiti məsələsi

Almaniyada 13 min kilometrlik şose yollarının (avtoban) təxminən yarısında sürət limiti yoxdur. Bu məsələ Almaniyada hər zaman müzakirə predmeti olub. Hitler dövründən indiyədək sürət limiti gah tətbiq, gah da ləğv olunub.
Avtosfer.az xəbər verir ki, Almaniyada sürət limiti tətbiqinin əsas tərəfdarları hər zaman ekoloqlar olublar. Bu dəfə isə məsələnin gündəliyə çıxarılmasının səbəbi elektromobilərdir.
Məsələ budur ki, elektromobillə 130 km/saatdan yuxarı sürətlə hərəkət zamanı batareya bir neçə dəqiqəyə bitir. Benzin mühərrikdə isə 200 km/saat sürətlə uzun müddət hərəkət etmək mümkündür. Lakin başqa məsələ də var.
Elektromobillər daha ağır olduğu üçün onların yüksək sürətlə hərəkət etməsi yüksək sürətlə baş vermiş qəzada daha böyük fəsadla nəticələnir. Bəzi dairələr elektromobillərə limit təklif etsələr də, texniki cəhətdən risklidir: elektromobil 120 km/saat, avtomobil isə 200 km/saatla hərəkət edərsə sürətli yolda sinxronluq pozulacaq və qəza qaçınılmaz olacaq.
Əsas məsələ isə sürətlənmə ilə bağlıdır. Elektromobil istənilən halda istilik mühərrikli avtomobildən daha tez sürət yığır və sürücülər bu faktı nəzərə almırlar. Problemin kökü də məhz bundadır.
Almanların bu məsələni necə həll edəcəyini zaman göstərəcək.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












