Altı yaşında qaçırılan uşaq 70 ildən sonra ailəsinə qovuşub - FOTO

1951-ci ildə altı yaşında Kaliforniyada qaçırılan uşaq 70 ildən sonra doğma ailəsinə qovuşub. Avtosfer.az “Mir 24” saytına istinadən xəbər verir ki, bu, onlayn DNT testi, köhnə fotoşəkillər və qəzet parçaları sayəsində baş verib.
Belə ki, Luis Armando Albino adlı şəxs təqaüddə olan yanğınsöndürən və Dəniz Piyadaları Korpusunun veteranıdır. ABŞ-ın şərq sahilində yaşayır.
1951-ci il fevralın 21-də o, böyük qardaşı ilə Qərbi Oklenddəki parkda oynayarkən qaçırılıb. Naməlum qadın şirniyyat almağı təklif edərək onu şirikləndirib. O, uşağı götürərək, onu öz oğulları kimi böyüdən bir cütlüyə verib.
70 ildən artıq Albino itkin hesab edilib, lakin doğma ailəsi onu unutmayıb. Anası oğlunun sağ olduğuna ümidini heç vaxt itirməyib, lakin onunla görüşmək ona qismət olmayıb və o, 2005-ci ildə dünyasını dəyişib.
Albinonun axtarışında onun qardaşı qızı, 63 yaşlı Alida Alekvinin səyləri mühüm rol oynayıb. 2020-ci ildə o, onlayn DNT testi edib, həmin test nəticədə onun əmisi olan bir kişi ilə 22 faiz uyğunluq göstərib.
Daha sonra Alekvin Oklend İctimai Kitabxanasını ziyarət edib və mikrofilmlərə, o cümlədən Luis və onun böyük qardaşı Rocerin kadrlarına baxıb. Həmin gün o, polisə müraciət edib.
Müstəntiqlər istintaqı yenidən başladıb, Luisdən və Alekvin ailəsinin üzvlərindən DNT nümunələri götürüb və qohumluğu təsdiqləyiblər. Luis Oklendə gəlib və qohumları, o cümlədən qardaşı Rocer ilə görüşüb.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










