Alyaskada buzlaqların əriməsinin sürətlənməsi kritik mərhələyə çata bilər

Şimali Amerikanın ən böyük buzlaqlarından biri olan Cunonun əriməsi sürətlənir və kritik həddə çata bilər. Alyaska və Kanada sərhədində yerləşən buzlaq iqlim “sıçrayış effekti” nümayiş etdirir: temperaturun artması yazın sonunda buzlaqda daha az qarın qalması deməkdir. Bu, buzun əriməsini artırır, sürətlənmiş ərimənin mənfi tendensiyasını yaradır.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunmuş araşdırma göstərir ki, Alyaskanın bir çox digər əraziləri kimi Cuno buzlaqlarında da yüksək hündürlükdə əhəmiyyətli miqdarda də buz və qar ehtiyatları var. Bununla belə, yayın sonuna yaxın temperaturlar artdıqca, həmin ehtiyatlar əriməyə məruz qalır ki, bu da sürətli buz itkisinə səbəb olur.
Alimlər peyk məlumatlarından və fotoşəkillərdən istifadə edərək Kiçik Buz Dövrünün sonundan (təxminən 250 il əvvəl) bu günə qədər buz itkisini ölçüblər. Buzlaqların əriməsi 1979-cu ildən sonra və 2010-cu ildə daha da sürətlənib. Üstəlik, 2015-2019-cu illər arasında buzlaqların sahəsi 1979-1990-cı illərdəki ilə müqayisədə beş dəfə daha sürətlə kiçilib.
Məlumatlar göstərir ki, qar örtüyü azaldıqca və yay ərimə dövrü uzandıqca buz sahəsi qaralır, bu da günəş enerjisinin daha çox udulmasına və daha sürətli ərimə prosesinə səbəb olur. Buz təbəqəsinin səviyyəsinin enməsi buzlağın sabitləşməsini çətinləşdirir, daha çox əriməyə və böyük dəyişikliklərə səbəb olur.
Buzlaqların davranışını anlamaq və onların gələcək dəyişikliyini proqnozlaşdırmaq üçün uzunmüddətli məlumatlar lazımdır. Tədqiqatlar göstərir ki, dünya buzlaqları Qrenlandiya və Antarktidadakı buz təbəqələrindən daha sürətli kütlə itirir və onların ərimə sürəti son iyirmi ildə iki dəfə artıb.
Alimlər bildirirlər ki, tapıntılar bu mühüm regionda gələcək dəyişiklikləri dəqiq proqnozlaşdırmaq üçün sonrakı proseslərin və onların buzlaqların əriməsinin sürətlənməsinə təsirinin öyrənilməsinin vacibliyini vurğulayır.
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir
Sükan arxasında yemək və zəng: hansı daha təhlükəlidir?
Bu iki yol nişanını qarışdırmaq sürücülərə 450 manata başa gələ bilər – FOTO
BƏƏ-dən uşaqların sosial şəbəkəyə girişi qadağan edildi
Beş milyard il sonra nə baş verəcək? - Yeni proqnoz










