Anası namaz üstündə olan adam - VİDEO

Bələdiyyə işçilərinin ehtiyatsızlığı və velosipedçinin səhlənkarlığı ortaya dəhşətli görüntü çıxardı. ALmaniyanın Aşağı Saksoniya əyalətində bir tikilini dağıtmağa qərar verən bələdiyyə idarəsinin təhlükəsizlik tədbiri görməməsi az qala bir sakinin faciəvi şəkildə ölməsinə səbəb olacaqdı. Avtosfer.az Atvxəbər.az-a istinadən xəbər verir ki, Oldenburq şəhərindəki köhnə tikilini dağıtmaq üçün əraziyə ekskavator çağırılıb. Evin böyük bir hissəsini dağıdan ekskavator son zərbəni endirməyə çalışan vaxt divarın yaxınlığında bir velosipedçi peyda olub. Təhlükədən son anda xəbər tutan velosipedçi divarın dibindən qaçmağa çalışıb. Bu vaxt dağılan divar velosipedçidən bir neçə santimetr aralıdan keçib. Xoşbəxtlikdən uçqun altında heç kim qalmayıb. Bununla belə, təhlükəsizlik tədbirlərinə riayət etməyən bələdiyyə idarəsi yerli mediyanın tənqid hədəfinə çevrilib. Qeyd edək ki, binaların mexaniki yolla dağıdılması prosesində ətrafda tikilinin hündürlüyü qədər məsafə insanlar və avtomobillərdən boşaldılmalıdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












