Anomal istilər 270 milyon insanı əhatə edəcək

ABŞ-da hökm sürən anomal istilər həftə sonuna qədər 270 milyon insanı əhatə edəcək. Çərşənbə axşamından cümə gününə kimi ABŞ-ın Mərkəzi Qərb və Şimali-Şərq bölgələrində istiliyin ən yüksək həddə çatacağı proqnoz edilir. ABŞ Milli Meteoroloji Xidmətinin yaydığı məlumata əsasən, bu, son onilliklərdə ən uzun davam edəcək anomal istilər olacaq. Bildirilib ki, 32 dərəcə və daha yüksək rekord istilər ABŞ-ın 200-ə yaxın şəhərini əhatə edəcək.
Sinoptiklər bu cür havanın adətən iyulun ortalarında qeydə alındığını açıqlayıblar.
Mütəxəssislər anomal istilərin daha da şiddətlənəcəyi xəbərdarlığını ediblər.
Çikaqo əhalisi istiliyi 40 dərəcəyə qədər hiss edəcək. Şərqi Nyu-York və Yeni İngiltərə bölgəsində istilik 41 dərəcəyə qədər yüksələcək.
Mənbə: “Azərtac”
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












