Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu - FOTO
Argentinada bir kişi qeyri-adi piket keçirib. Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona verilməsi tələbi ilə avtosalonda barrikada qurub.
Abelardo Usandivaras tələbi təmin olunana qədər binanı tərk etməməkdə qərarlıdır. Abelardo iş üçün ona lazım olan yeni avtomobil almağa qərar verib. O, dilerlə əlaqə saxladıqdan sonra köhnə modeli satıb yenisinə ilkin ödəniş edib. Daha sonra diler nümayəndələri onun əlaqə saxlamaq cəhdlərinə məhəl qoymayıblar və əvvəlcədən razılaşdırıldığı müddətdə sifariş edilən avtomobilin çatdırılması barədə məlumat verməyiblər.
"Dekabr ayından məni bir telefon nömrəsindən digərinə yönləndirir, hətta şirkət nümayəndəsinin adını belə vermirdilər. Məmimlə sanki divar kimi rəftar etdilər, sanki bunlar hər şeyi biləndir, mən isə heç nə başa düşmürəm. Əslində isə bu, satıcının bir avtomobil təklif edib, əvvəlcə pulu alıb, sonra başqa bir müqavilə bağlamağa çalışdıqları bir maliyyə sxemidir”.
Sonda diler kişiyə əvvəlcədən etdiyi ödəniş üçün başqa avtomobil təklif edib, seçdiyi markaya görə əlavə pul ödəməli olduğunu bildirib. Abelardo isə qeyd edilən ünvana üzərində nəzərdə tutulan məbləğdən əlavə nağd pul götürmədən gəldiyini deyir. Onunla bərabər bir qızı və azyaşlı oğlu da küçələrdə qalıb.
İstədiyini almayan kişi tələbi təmin olunana qədər binanı tərk etməmək qərarına gəlib. Saatlarla davam edən danışıqlardan və polisin müdaxiləsindən sonra bu qeyri-adi aksiya jurnalistlərin diqqətini çəkib və sosial şəbəkələrdə yayılıb.
Nəhayət, ictimai təzyiq altında avtosalon avansı argentinalıya geri qaytarıb. Arzusunda olduğu maşını ala bilməyən Abelardo, əlacsız qalaraq, işlənmiş 2021 modelini götürüb. Yeni olmasa da, yürüşü az və heç bir nasazlığı olmayan avtomobildir. Abelardo Usandivaras indi məhkəməyə getməyi planlaşdırır. Eyni zamanda, diler şirkətinin nümayəndələri bu qalmaqalı onları biznesdən uzaqlaşdırmaq üçün “çirkli media kampaniyası” adlandırıblar. Şirkətin saytında yerləşdirilən bəyanatda özlərinə qarşı aparılan “müharibəni” pisləyir və ən yüksək xidmət təklif etmək üçün əllərindən gələni etdiklərini bildirirlər.
Sfera.az