Assosiasiya rəhbəri: Avropa dizeli müzakirə edəndə çinlilər növbəti mərhələyə keçdilər

Avropa Parlamentinin tərkibi yeniləndikdən sonra avtomobil istehsalçıları tələblərini daha açıq səsləndirə bilirlər. Onlar artıq elektromobilə tam keçidlə bağlı müddətin uzadılması tələbini açıq şəkildə dilə gətirə bilirlər. Buna bir tərəfdən Avropa Parlamentinə seçkilərdə Almaniya sənayeçilərinin təsiri, digər tərəfdən isə Donald Trampın yenidən ABŞ rəhbərliyinə qayıtmaq şansının böyük olmasıdır.
Avtosfer.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası Avropa Komissiyasına rəsmi müraciət ünvanlayıb. Müraciətdə elektromobilə keçidə müddətinin daha 5 il uzadılaraq 2040-cı ilə təyin edilməsi istənilir. Lakin sənayeçilər sisntetik yanacaqla bağlı tələblərə etiraz etmirlər.
Assosiasiya rəhbəri Luka de Meo jurnalistlərə bildirib ki, 12 ildə elektromobil sayında 10%-dən 100%-ə çatmaq mümkün deyil. Ən əsası, Çin amilini nəzərə almaq lazımdır. Onlar Avropanın geri qaldığını görürlər: “Biz Dizellə bağlı müzakirə aparanda çinlilər elektromobil texnologiyasında sıçrayış etdilər. Onlar növbəti mərhələyə adlayıblar.”
Meonun fikrincə çinli istehsalçıların bir üstünlüyü də şirkətlər arasında əməkdaşlıqdır. Ən əsası, Çində hansısa seçki ümumi siyasi xətti dəyişmir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












