Atom bombasının yaradılmasına dair sənəd hərracda satılıb - FOTO

C. Robert Oppenheymer tərəfindən imzalanan və atom bombasının yaradılmasını təsvir edən Manhetten layihəsi adlı hesabat hərracda 53 min 594 dollara satılıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 200 səhifəlik hesabatda Manhetten layihəsinin texniki və inzibati aspektləri, dünyanın ən dağıdıcı silahının hazırlanması təsvir edilib. Sənədi tanınmış alimlər - dünyanın ilk nüvə reaktorunun yaradıcısı Enriko Fermi, Los Alamos laboratoriyasına rəhbərlik etmiş fizik C. Robert Oppenheymer, Nobel mükafatı laureatı Ernest Lourens, neytronu kəşf edən Ceyms Çedvik və başqaları imzalayıblar.
Satış Kristofer Nolanın “Oppenheymer” filmi yeddi nominasiyanı (“Ən yaxşı film” və “Ən yaxşı rejissor” nominasiyaları da daxil olmaqla) qazanaraq və indiyə qədər çəkilən ən çox gəlir gətirən bayopik olaraq “Oskar” mükafatını qazandıqdan bir neçə gün sonra “RR” hərracında baş tutub. Filmin dünya üzrə kassa gəlirləri təxminən 1 milyard dollar təşkil edib.
Anonim alıcı Manhetten layihəsinin emblemini və digər əşyaları da əldə edib. Bundan başqa, hərrac evi C. Robert Oppenheymerin 1952-ci ildə “Look” jurnalının müxbiri Stiven Uayta çap maşınında yazaraq göndərdiyi məktubunu da satışa çıxarıb. Oppenheymerin atom bombasını "təcavüzkarların silahı" olaraq xarakterizə etdiyi və imzaladığı məktub 17 min 270 dollara satılıb.
Hərracda, həmçinin bir çox digər tarixi sənədlər satışa çıxarılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













