Avropa yolunda yanacağı qurtaran sürücünü hansı cəza gözləyir?
Yəqin yük yerində Cola qabında yanacaq gəzdirən və ya yolda yanacağı qurtaran taksi sürücüləri ilə əksəriyyət rastlaşıb. Bəs belə hal Avropada mümkündürmü? Məsələni 3 ölkənin qanunvericiliyində araşdırmaq qərarına gəldik.
Avtosfer.az xəbər verir ki, Avropa ölkələrində şosedə yanacağın bitməsi fors-major halı deyil, insan xətası hesab edilir. Yəni, bu hərəkətə gözə cəza vermək mümkündür.
Sürətli yolları ilə seçilən Almaniyada avtobanda yanacaq bitərsə sürücünü 70 avroyadək cərimə və sürücülük hüququnun 6 ay məhdudlaşdırılması gözləyir. Evakuasiya xərcini də sürücü ödəməlidir. Üstəgəl hadisənin nəticələrindən asılı olaraq sürücüyə başqasının həyatını təhlükədə qoymağa görə 5 ilədək həbs cəzası verilə bilər.
Onunla qonşu olan Fransada cəza daha ağırdır. Yol hərəkəti haqqında qanunun 426-cı maddəsinə görə yolda yanacağı qurtaran sürücünu yolun intensivliyindən asılı olaraq 75-150 avro cərimə və evakuasiya xərci (110-216 avro) gözləyir. Ağırlaşdırıcı hallarda sürücüyə cinayət işi də açıla bilər.
İsveçrədə isə boş yanacaq çəninə görə 300 frank (290 dollar) cəza gözləyir. Şəraitdən asılı olaraq cərimə balı da yazıla bilər. Konfederasiyada boş çənlə avtomobil sürmək nasaz texnika idarə etməyə bərabər tutulur.
Vüqar
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK
AZAL-ın bələdçisindən nümunəvi davranış: Sərnişinə belə kömək etdi – VİDEO
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
Yanacaq göstəricisindəki sirli oxun mənası nədir? - MARAQLI MƏLUMAT - FOTO












