Avropada “az sürülmüş avtomobil” fırıldağı və Azərbaycana təsiri

Son illərdə Avropada istismar edilmiş avtomobillərin Azərbaycana idxalı kəskin azalsa da, tam dayanmayıb. Ölkəmizdə Avropa avtomobillərinə maraq hər zaman olub və bundan sui-istifadə edənlər də həmişə tapılıb. İqtisadi dildə desək, tələb təklifi doğurur.
Avtomobil bazarına və saytlarına nəzər salsaq bu gün də “az sürülmüş”, “pensioner maşını”, “Almaniyada bir ailənin ikinci maşını” kimi şablon klişelərlə maşın satılmasına hələ də rast gəlinir. İstehsal ili köhnə olan maşının aşağı kilometrajı isə ən geniş yayılmış saxtakarlıqdır. Elə Avropanın öz mənbələrinə baxdıqda bu şablonların yalan olduğu üzə çıxar.
Avtosfer.az xəbər verir ki, “CarVertical” saytı rəsmi mənbələr və tədiqatlar əsasında avtomobildən ən çox istifadə edən Avropa ölkələrinin statistikasını tərtib edib. Statistikaya görə, avropalılar arasında gündəlik olaraq maşından ən çox niderlandlılar istifadə edirlər – ildə orta hesabla 29 851 kilometr.
Növbəti yerləri İspaniya (29 017 km) , Danimarka (27 346 km), Belçika (24 308 km) və Fransa (23 775 km) bölüşür.
Azərbaycanın ən çox işlənmiş avtomobil ixrac etdiyi Avropa ölkəsi olan Almaniyada göstərici 22 542 kilometrdir. Ən aşağı göstərici isə keçmiş sovet respublikası Litvadadır – 17 742 km.
Nəhayət, “CarVertical” saytı idxal avtomobil alanlara tövsiyə edir: Aşağı qiymətə az kilometrajlı avtomobil gördükdə dərhal almağa tələsməyin. Avtomobil almazdan əvvəl onun texniki xidmət tarixçəsini araşdırın. Öz ölkəsində saxtakarlığa əl ata bilməyən satıcılar üçün maşını əcnəbiyə satmaq daha əlverişlidir. Bu zaman maşında çox xərc tələb etməyən kosmetik dəyişiklik də aparılır (“sükan təzə alındığı kimidir”, “sürət qutusunun dəstəyi elə bil işlənməyib” yalanları yəqin ki, əksər azərbaycanlıya tanışdır – müəl).
Biz də öz növbəmizdə əlavə edək ki, yuxarıda göstərilənlər şəxsi mülahizəmiz deyil, Avropanın avtomobil sahəsində ixtisaslaşmış qurumunun gəldiyi qənaətdir. Yəqin ki, Azərbaycan vətəndaşları üçün də faydalı olar.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












