Avropalı təyyarə istehsalçısı rekord sayda işçi qəbul edəcək

Avropanın əsas təyyarə istehsalçısı “Airbus” əlavə işçi axtarır. Burada səbəb həm boşalan iş yerlərini doldurmaq, həm də yeno modellər yaratmaq üçün kadrlar cəlb etməkdir.
Avtosfer.az-ın xəbərinə görə, “Airbus” qrupu 2023-cü ildə 13 000 işçi qəbuluna dair elan verib. Məqsəd illik istehsal tempini artırmaq və yaşıl texnologiyaya əsaslanan təyyarə istehsalına keçidi təmin etməkdir.
Yeni kadrların üçdə ikisi qrupun 4 əsas müəssisəsinin yerləşdiyi ölkələrdə işə qəbul ediləcək. Bura Almaniya, Fransa, ispaniya və Britaniya daxildir.
Sirkət 2022-ci ildə də 13 min işçi qəbul etmişdi ki, bu da tarixi rekord hesab edilir. Bunlardan 6 min nəfər boşalan vakansiyaları doldurmağa, digərləri isə yeni vakansiyalara cəlb olunmuşdu. Işə qəbul edilənlərin 27%-i qadınlar olub. Yeni işçilər əsasən dizayn və mühəndislik xidmətinə cəlb ediliblər.
Koronavirus pandemiyası zamanı istehsal tempi aşağı düşdüyündən ixtisarlar olacağı açıqlanmışdı. Pandemiyanın ilk dövründə 15 min nəfərin ixtisar olunacağı bildirilsə də, sonradan dövlət dəstəyinə görə bu rəqəm ciddi şəkildə azaldılıb. 2022-ci ilin əvvəlində şirkətin 126 500 əməkdaşı vardı.
A320 modellərinə tələbatın artması yeni işçi qəbulunu şərtləndirir. Pandemiyadan əvvəl ayda 40 təyyarə istehsal olunurdusa, gələn il bu rəqəmin 65-ə, növbəti il isə 75-ə çatdırılması hədəflənib.
Ənənəvi modellərlə yanaşı yeni təyyarələrin layihələndirilməsi, yeni peşələrin yaradılması da kadr potensialının artırılmasını zəruri edir. Söhbət rəqəmsal transformasiya, kibertexnologiya və dekarbonizasiya üzrə mütəxəssislərdən gedir. Sirkət 2035-ci ilədək hidrogenlə işləyən təyyarə layihələndirməyi qarşıya məqsəd qoyub. Bu da təyyarələrin mövcud strukturunun əsaslı şəkildə dəyişdirilməsini şərtləndirir.
Sirkət hərbi aviasiya bölməsinə də kifayət qədər işçi qəbul edir. Hazırda Almaniya, İspaniya və Fransa gələcəyin aviasiya döyüş sistemləri – SCAF-ın layihələndirilməsi üzərində işləyir.
Vüqar
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF










