Avropalıların 2030-da etmək istədiyini Çin artıq reallaşdırıb

Elektromobil bütün inkişaf etmiş və etməkdə olan ölkələrdə özünə yer tapa bilib. Çində isə həm say artımı, həm də şəbəkənin genişlənməsi baş verir.
Avtosfer.az xəbər verir ki, Bloomberg agentliyi Çinin uzaq regionlarında elektromobil və doldurma şəbəkəsinin vəziyyətini öyrənmək üçün tura çıxıb. Səfər zamanı Çin istehsalı olan elektromobil istifadə edilib. Elektromobilin batareyasını dolduran zaman jurnalistlər növbədə gözləyən insanlarla, həmçinin yerli sakinlərlə söhbət ediblər.
Əhali elektromobildən və doldurma şəbəkəsindən əsasən razı olsa da, doldurma müddətindən narazı qalıb. Ayın əvvəllərində qeydə alınan kəskin şaxtalar zamanı doldurma stansiyalarında uzun növbələr yaranıb.
Lakin jurnalistləri təəccübləndirən məqam başqa olub: 2000 kilometrlik yolda naviqatora görə avtomobillə doldurma stansiyası arasında məsafə nadir hallarda 30 kilometri keçib. Məskunlaşma olmayan ərazilərdə də yol kənarlarına doldurma məntəqələri qurulub.
Çin hökumətinin belə sıx şəbəkə qurmaqda başlıca məqsədi neftdən istifadəni azaltmaqdır. Ölkənin idxal etdiyi neftin yarısını avtomobillər istifadə edir.
Avropada isə bu gün heç bir ölkə doldurma şəbəkəsinin əhatəsi baxımından qarşıya qoyulan məqsədə çatmayıb. 2030-cu il hədəfinə vaxtında çatmaq da real görünmür.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












