Avropanın ən səs-küylü 3 şəhəri – Növbələr, izdiham..

Turizm eksperti David Dauqti həddindən artıq turist axını səbəbindən qaçmaq lazım olan üç məşhur şəhəri açıqlayıb.
Bu siyahıya Venesiya, Brügge və Dubrovnik daxildir.
Mütəxəssisin sözlərinə görə, orada dincəlmək əvəzinə, səs-küy, növbələr və əzilmələrdən ibarət izdihamla qarşılaşacaqsınız.
Venesiya şübhəsiz ki, Avropanın ən məşhur turistik yerlərindən biridir. Lakin ziyarətçilərin sayı əhalini 2:1 nisbətində üstələyir. Unikal gözəlliyi və əzəməti sayəsində Venesiya tez-tez həm uzunmüddətli tətil edənlərin, həm də kruiz gəmilərindən gələn gündəlik səyahətçilərə görə həddindən artıq sıxlıqdan əziyyət çəkir.
Bildirilir ki, 2024-cü ildən etibarən şəhər turistlərin sayını azaltmaq üçün gündəlik ziyarətçilər üçün 5 avro rüsum tətbiq edəcək.
Brüggedə xüsusilə, yay aylarında turistlər və yerli sakinlər arasında qeyri-bərabər nisbət yaranır. Kiçik Brügge şəhəri çoxlu sayda xarici ziyarətçilərə görə çətinliklərlə üzləşir. Şəhərin qədim orta əsr memarlığı gündəlik həyatlarını davam etdirməyə çalışan sakinlər üçün çətinliyə çevrilir.
Dubrovnik şəhəri “Game of Thrones” filminin çəkilişlərinin burada həyata keçirilməsi ilə tanınır. Buna görə də buraya çoxlu sayda turistlər gəlir. Pik saatlarda, iyul və avqust aylarında hər şəhər sakinin payına 36 turist düşür. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












