Avstraliyalı teleaparıcı canlı yayımda dənizdən meyit çıxardı

Avstraliyanın “Channel 9” telekanalının canlı efirində maraqlı hadisə baş verib.
“Daily Star” nəşrinin məlumatına görə, çimərlik sahilindən birbaşa yayımla hava proqnozunu təqdim edən Lyuk Brednem adlı teleaparıcı dənizdə batan insana yardım etmək məqsədilə suya tullanıb. Lakin üzərək həmin şəxsə yaxınlaşdığı zaman onun artıq öldüyünü görüb.
“Cəsədi gördüyüm zaman çox qorxdum. Axı mən heç vaxt ölmüş insanı bu qədər yaxından görməmişdim. Həm də mən bu həftə məşq zamanı çiyin əzələmi zədələmişdim. Suya tullanarkən həmin şəxsə yardım edə biləcəyimdən əmin deyildim”, - deyə teleaparıcı təəssüratını bölüşüb.
Düzdür, Lyuk artıq vəfat etmiş şəxsə yardım edə bilməsə də, hadisə yerinə gələn xilasedicilərə onun cəsədini sudan çıxarmaqda kömək edib.
Cəsədin kimliyinə gəlincə, məlum olub ki, bu, 32 yaşlı britaniyalı serfinqçi Ceyson Ceykobsdur. O, rəfiqəsi ilə birlikdə cümə axşamı itkin düşüb. Bir müddət sonra dənizdə xanımın da meyiti aşkar olunaraq çıxarılıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












