Avtomat ötürücüdə "N" rejimi nə vaxt istifadə edilməlidir?

Mexaniki ötürməli avtomobildən avtomat ötürməyə keçən sürücülər çox vaxt köhnə vərdişdən əl çəkmilər. Onlar üzüaşağı yolda yanacağa qənaət üçün selektoru N rejiminə keçirirlər. Bəs bu nə qədər doğrudur? Ümumiyyətlə N rejimi nə vaxt tətbiq edilməlidir?
Avtosfer.az xəbər verir ki, avtomat ötürücüdəki N (neytral) rejimi mexaniki ötürmədəki ilə tam eyni deyil. Avtomat transmissiyada təkərlə mühərrik arasında sərt əlavqə olmur. Lakin burada da N rejimi mexaniki ötürmədə olduğu kimi avtomobili yaxın məsafədə yedəyə almaq, və ya hansısa xırda təmir vaxtı itələmək məqsədi ilə lazımdır. Bu funksiya heç bir halda enişdə N rejiminə keçmək anlamı vermir. Lakin tıxacda uzun müddət dayandıqda (1 dəqiqədən çox) N rejiminə keçmək tövsiyə olunur.
Mexaniki ötürmədə “xolostoyda sürmək” sürət qutusu üçün heç bir təhlükə yaratmır. Səbəb təzyiqlə yağlamanın yoxluğudur. Həm də yüklənmə az olduğundan dişlər də yeyilmir. Avtomat ötürmədə isə bu vəziyyətdə təzyiqli yağlama getmədiyi üçün sürtünən detallarda ciddi aşınma baş verir.
Bir çox avtomobil istehsalçısı avtomat ötürücülü nəqliyyat vasitələrini yedəyə almaq üçün 50X50 formulunu təklif edib, yəni maksimal sürət 50 km/saat, qət ediləcək maksimal məsafə 50 km. Bu standart 70-ci illərdə hazırlanıb. Bizcə, evakuator xidmətinin əlçatan olduğu vaxtda belə riskə ümumiyyətlə ehtiyac yoxdur.
“Xolostoyda” sürməyə gəldikdə isə, bu, həm qayda pozuntusudur, həm də risklidir. Bir neçə yüz qram yanacağa görə belə bir riskə getməyə dəyməz.
Vüqar Yaşaroğlu
Yanacaq işığı yandıqdan sonra avtomobil neçə kilometr gedə bilər? – ARAŞDIRMA
Kim Çen Inın babasını xilas edən şəxsin adı körpüyə verildi - FOTO
Benzinli, yoxsa elektrikli avtomobil daha sərfəlidir? - Nəticələr hər kəsi təəccübləndirdi
Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama - VİDEO
Təkərin havası azaldıqda yanacaq sərfiyyatı artır? – ARAŞDIRMA
Bir nömrə nişanı ilə 3 avtomobil: Sürücülər üçün maraqlı qayda
Pəhləvandan yeni şou: Dörd motosikleti belə saxladı – VİDEO
Avtomobil tarixinin ən etibarlı 16 mühərriki AÇIQLANDI
Yeni yol nişanını görənlər təəccüblənir - Mənası məlum oldu
GPS siqnalları pozula bilər: Sürücüsüz avtomobillər üçün yeni RİSK
Taksi sürücüsündən tıxacda maraqlı hərəkət - VİDEO










